Bank Of Baku

Tokayev Qazaxıstanın idarəetmə formasını dəyişməyi təklif edib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 16 mart 2022 10:07 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev super-prezident idarəetmə formasından güclü parlamentə malik prezident respublikasına keçməyi təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, o, bunu çərşənbə günü parlament palatalarının birgə iclasında ölkə xalqına müraciətlə çıxışı zamanı deyib.

"Qazaxıstanın inkişafının siyasi modelinin yenidən qurulması üçün yaxşı düşünülmüş addımlar lazımdır. İlk növbədə, söhbət super-prezident idarəetmə formasından güclü parlamentə malik prezident respublikasına yekun keçiddən gedir. Belə bir sistem güc institutlarının optimal balansı və ölkənin davamlı inkişafına töhfə verəcək”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR