Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fevralın 21-də Rusiyaya səfər edəcək.
APA xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Tokayev sabah Kazanda "Gələcəyin oyunları" beynəlxalq turnirinin açılış mərasimində iştirak etmək üçün Rusiyaya səfər edəcək.