Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Nurmuxamed Bayqarayev istefa verib.
APA xəbər verir ki, bu barədə “İnform.kz” xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, Bayqarayev bir həftə əvvəl bu vəzifəyə təyin edilib və tibbi yoxlamadan keçdikdən sonra təyyarədə uçmaq qadağası ilə bağlı öz vəzifələrini tam yerinə yetirə bilməyəcəyi səbəbindən istefa verib.