Sabiq müdafiə naziri David Tonoyan Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi Onik Qasparyan müharibənin ilk günlərində müharibəni dayandırmaq barədə təkliflə çıxış etdiyini təsdiqləyib.
APA xəbər verir ki, Tonoyan bu barədə bu gün 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində keçirilən iclasında izahat verərkən deyib.
O, Təhlükəsizlik Şurasında belə bir söhbətin baş verdiyini dəqiq xatırladığını diqqətə çatdırıb.
Qeyd edək ki, Qasparyan 2020-ci il noyabr ayının ortalarında bildirib ki, müharibənin dördüncü günündə, yəni Təhlükəsizlik Şurasının 30 sentyabrda keçirilmiş iclasında hərbi əməliyyatların dayandırılmasının zəruriliyini qeyd edib və əlavə edib ki, əks halda Ermənistanın resursları tez bir zamanda tükənəcək.
Baş nazir Nikol Paşinyan isə qeyd edib ki, müharibənin dördüncü günündə Qasparyanın hərbi əməliyyatlarının dayandırılmasının vacibliyi barədə dediyi fikrin reallıqla heç bir əlaqəsi yoxdur.