Bank Of Baku

Tramp Lukaşenkonun Minskə ailəvi dəvətini qəbul edib

Tramp Lukaşenkonun Minskə ailəvi dəvətini qəbul edib
# 15 avqust 2025 18:43 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı ailəsi ilə birlikdə Belarusa səfərə dəvət edib.

APA-nın “Belta”ya istinadən verdiyi məlumata görə, Tramp dəvəti qəbul edib.

Məlumata görə, dövlət başçıları telefon danışığı zamanı ikitərəfli gündəliyə aid məsələləri, regional mövzuları və o cümlədən Ukrayna da daxil olmaqla, “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.

Bildirilib ki, tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR