Bank Of Baku

Türkiyə Moskvada avtomobili partlatmaqda ittiham olunan şəxsi Rusiyaya verib

Türkiyə Moskvada avtomobili partlatmaqda ittiham olunan şəxsi Rusiyaya verib
# 26 iyul 2024 07:49 (UTC +04:00)

Moskvanın şimalında avtomobilin partladılmasında şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Serebryakov Türkiyədə ələ keçirilərək Rusiyaya aparılıb.

APA TASS-a istinadən xəbər verir ki, Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya FTX Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə Türkiyə Respublikasının xüsusi xidmət və hüquq-mühafizə orqanlarının köməyi ilə Bodrum şəhərində saxlanılan və beynəlxalq axtarışda olan Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Yevgeni Nikolayeviç Serebryakov iyulun 26-da Rusiyaya gətirilib”, - deyə məlumatda bildirilir.

Şübhəli sonrakı təhqiqatın aparılması üçün prokurorluq əməkdaşlarına təhvil verilib. Qeyd edək ki, Serebryakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci (qəsdən adam öldürməyə cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.

Qeyd edək avtomobilin partlaması nəticəsində iki nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR