Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi ilə gələcəkdə sərnişin daşımaların həyata keçirilməsi regionda iqtisadi əlaqələri fərqli səviyyəyə qaldıracaq.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Tbilisi İpək Yolu Forumu çərçivəsində Gürcüstanda səfərdə olan Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, bu layihə bölgədə turizmin inkişafına və mədəniyyətlərin inteqrasiyasına töhfə verəcək və beləcə regionda sülhü və stabilliyi gücləndirəcək, xalqların rifahını yaxşılaşdıracaq.