Bank Of Baku

Türkiyədə zəlzələ bölgəsindən 39 Rusiya vətəndaşı təxliyə edilib

Türkiyədə zəlzələ bölgəsindən 39 Rusiya vətəndaşı təxliyə edilib
# 12 fevral 2023 12:51 (UTC +04:00)

Türkiyənin cənub-şərqindəki zəlzələ bölgəsindən 39 Rusiya vətəndaşı təxliyə edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Türkiyədəki Rusiya səfirliyi məlumat yayıb.

"Həmvətənlərin toplanması və yola salınması səfirliyin əməkdaşları tərəfindən təşkil olunub. Təyyarə isə Türkiyədə Akkuyu atom elektrik stansiyasını inşa edən Rosatom şirkəti tərəfindən təmin edilib", - deyə məlumatda bildirilib

Qeyd edək ki, fevralın 6-da Türkiyədə güclü zəlzələ baş verib. Son məlumatlara görə, 24 617 nəfər zəlzələnin qurbanı olub, 80 mindən çox insan zərər çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR