İstanbul-İrəvan reysinin sərnişini qanunsuz yolla Ermənistana brilyant keçirməyə cəhd edib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Məlumata əsasən, yoxlama zamanı sərnişinin üzərindən çəkisi təxminən 43 qram olan almaza bənzər daşlar aşkar edilib.