Bank Of Baku

Türkiyəyə uçuşlar yerinə yetirəcək Ermənistan aviaşirkəti müəyyənləşib - VİDEO

Türkiyəyə uçuşlar yerinə yetirəcək Ermənistan aviaşirkəti müəyyənləşib - VİDEO
# 21 dekabr 2021 10:24 (UTC +04:00)

“Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən məlumat yayıb.

“Flyone Armenia” aviaşirkəti daha əvvəl də İstanbula uçuşlar həyata keçirmək niyyətində olduğunu bəyan edib.

Xatırladaq ki, bir müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında uçuşların təşkil olunmasının mümkünlüyünün nəzərdən keçirildiyini bildirib. Eyni zamanda, hər iki ölkə dialoqa başlamaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR