Bank Of Baku

Türkmənistan Prezidenti ölkədə koronavirusun olmadığını bir daha bəyan edib

Qurbanqulu Berdiməhəmmədov

© APA | Qurbanqulu Berdiməhəmmədov

# 22 dekabr 2021 11:23 (UTC +04:00)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə bu günə qədər yeni növ koronavirus (COVID-19) yoluxma halının qeydə alınmadığını bəyan edib.

APA-nın Türkmənistanın dövlət informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Türkmənistan dövlət başçısı bununla belə COVID-19-a qarşı qabaqlayıcı tədbirlərin görülməsini sürətləndirməyi tapşırıb.

“Bu gün deyə bilərəm ki, Türkmənistanda aparılan genişmiqyaslı işlər nəticəsində koronavirusa yoluxma halları aşkar olunmayıb. Amma biz rahatlanmalı deyilik, çünki bir çox ölkələrdə bu virusun təhlükəli Omicron ştamı peyda olub”, - Q. Berdiməhəmmədov vurğulayıb.

Türkmənistan postsovet məkanında koronavirusa yoluxma hallarının rəsmi qeydə alınmadığı yeganə ölkədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR