Türkmənistanda prezident seçkilərinə namizədlərin qeydiyyatı bu gün başlayıb.
APA TDH agentliyinə istinadən xəbər verir ki, növbədənkənar prezidet seçkiləri martın 12-də baş tutacaq.
Prezident Seçkiləri və Referendum Keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyası fevralın 14-dən başlayaraq prezidentliyə namizədlərin irəli sürülməsi, onlartın qeydiyyata alınması və seçicilərlə görüşlərə başlanıldığını açıqlayıb.
Xatırladaq ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhmmədov parlamentin yuxarı palatasında çıxışı zamanı gənclərə yol verməyin vaxtının çatdığını deyərək növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.