Çərşənbə axşamı səhər Rusiya Federasiyasının subyekti olan Tuva Respublikasında 4,5 bal gücündə zəlzələ baş verib
APA bildirir ki, bu barədə Respublikanın Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Tələfat və dağıntı yoxdur.
Zəlzələ bu gün yerli vaxtla saat 08:48-də Respublikanın Monqun-Tayqinski rayonu ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, zəlzələ baş verən ərazidə yerin təkanları hiss olunub, tələfat və dağıntı olmayıb.