Bank Of Baku

Ukrayna 200 PUA və 5 ATACMS raketləri ilə Rusiyanın bir neçə şəhərinə zərbələr endirib

Ukrayna 200 PUA və 5 ATACMS raketləri ilə Rusiyanın bir neçə şəhərinə zərbələr endirib
# 14 yanvar 2025 10:10 (UTC +04:00)

Ukrayna ordusu gecə boyunca Rusiyanın bir neçə regionuna ümumilikdə 200 ədəd PUA (pilotsuz uçuş aparatı) və ABŞ istehsalı olan 5 ədəd “yer-yer” tipli ATACMS raketlərinin köməyilə zərbələr endirib.

APA-nın “lenta.ru”ya istinadən xəbərinə görə, ölkənin əsasən Tula vilayəti və Kazan şəhəri hücuma məruz qalıb.

Nəticədə Kazanda yerləşən kimyəvi məhsullar istehsal edən zavodda partlayış baş verib. Hadisə zamanı üç ədəd yanacaq çəni alovlanıb.

“Shot” teleqram kanalı isə Rostov, Tambov və Voronej vilayətlərində silsilə partlayışların baş verdiyini xəbər verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR