Bank Of Baku

Ukrayna ordusu Krım körpüsünə zərbə endirib, hərəkət dayandırılıb - YENİLƏNİB

Ukrayna ordusu Krım körpüsünə zərbə endirib, hərəkət dayandırılıb - YENİLƏNİB
# 16 noyabr 2026 12:02 (UTC +04:00)

Krım körpüsünün avtomobil yolu hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın Krım körpüsünün infrastrukturuna dron hücumu nəticəsində avtomobil yolu hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda bərpa işləri davam edir və nəqliyyatın bərpası ehtimalı qiymətləndirilir. Dəmir yolu xidməti normal rejimdə işləyir.

İlkin məlumatlara görə, dron hücumu nəticəsində ölən və yaralanan olmayıb.

***

10:31

Ukrayna ordusu Krım körpüsünə zərbə endirib.

APA xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksenov bildirib.

Onun sözlərinə görə, nəqliyyatın hərəkəti günün ortalarına qədər məhdudlaşdırılacaq.

Aksenov zərbənin nəticələri barədə məlumat verməyib, tələfatın olub-olmadığı bilinmir.

Hər iki istiqamətdə 2000 minədək avtomobilin yolda qaldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR