Polşalı fermerlər Ukrayna ilə sərhəddəki “Uqrinov” keçid məntəqəsini bu ölkənin yük maşınları üçün bağlayıb.
APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, Ukrayna tərəfi yaranmış problemlə əlaqədar məlumatlandırılıb.
Danışıqlar nəticəsində Polşadan Ukraynaya hər 6 saatdan bir üç, Polşa tərəfinə isə 24 saat ərzində bir yük maşınının buraxılması barədə razılıq əldə olunub.
Fərid Azəri