Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.
APA-nın xəbərinə görə, bu barədə UNIAN agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər rusiyaya qarşı sanksiyaları müzakirə ediblər. Ukrayna lideri güclü dəstəyə görə ABŞ-a təşəkkür edib.