Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon əlaqəsi saxlayıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti "Twitter" hesabında məlumat verib.
"Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatları nəzərə alaraq, Fransa Prezidenti Emmanuel Makron və Olaf Şoltsla təcili məsləhətləşmələr keçirdim", o bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb.