Bank Of Baku

Ukrayna Prezidentinin Ofisi jurnalist Tatarskinin qətlində iştirakının olmadığını bəyan edib

Ukrayna Prezidentinin Ofisi jurnalist Tatarskinin qətlində iştirakının olmadığını bəyan edib
# 02 aprel 2023 23:22 (UTC +04:00)

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak hərbi müxbir Vladlen Tatarskinin qətlində Ukraynanın əli olmadığını bəyan edib.

APA-nın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Daxili terrorizmin nə vaxt daxili siyasi mübarizə alətinə çevriləcəyi məsələsi zaman məsələsi idi”, o yazıb.

Xatırladaq ki, Sankt-Peterburqda kafedə müharibə müxbiri Vladlen Tatarskinin yaradıcılıq gecəsi zamanı partlayış baş verib. Hadisə nəticəsində jurnalistin özü ölüb, daha 25 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR