Bank Of Baku

Ukrayna PUA-larla Həştərxandakı zavoda hücum edib, obyektdə yanğın olub

Ukrayna PUA-larla Həştərxandakı zavoda hücum edib, obyektdə yanğın olub
# 03 fevral 2025 10:38 (UTC +04:00)

Ukraynanın Rusiyanın Həştərxan vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində qaz emalı zavodunda yanğın olub.

APA-nın “unian”a istinadən məlumata görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya mətbuatında yayılan bu xəbəri təsdiqləyib:

“Bu, Rusiyanın aparıcı energetika obyektlərindən biridir. Həmin müəssisə qaz kondensatının emalı, eləcə də dizel yanacağı və digər məhsullar istehsal edir” – deyə, A. Kovalenko qeyd edib.

Onun sözlərinə görə, energetika sektoru müdafiə sahəsinin maliyyələşdirilməsinin əsas mənbəyi olduğundan zavod Rusiyanın hərbi-sənaye kompleksinin güclənməsinə bilavasitə təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR