Ukrayna hökuməti Rusiya şirkətlərindən An-124 Ruslan təyyarəsi üçün altı mühərriki müsadirə edib.
APA-nın xəbərinə görə, bu barədə “RBC-Ukrayna” Ukrayna Ali Antikorrupsiya Məhkəməsinə istinadən məlumat yayıb.
Ali Antikorrupsiya Məhkəməsinin hakimlər kollegiyası Ukrayna Ədliyyə Nazirliyinin dörd rus şirkətinə qarşı iddialarını təmin edib.
Məhkəmə An-124-100 Ruslan təyyarəsi üçün altı təyyarə mühərriki şəklində aktivlərin Ukrayna dövlətinə qaytarılmasına qərar verib.