Bank Of Baku

Ukrayna Rusiyanın daha bir vilayətinə dron hücumu edib

Ukrayna Rusiyanın daha bir vilayətinə dron hücumu edib
# 02 aprel 2024 11:31 (UTC +04:00)

Rusiyanın Lipetsk vilayətinin səması üzərində pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə vilayətin qubernatoru İqor Artamonov özünün “Teleqram” kanalında yazıb.

O qeyd edib ki, insident Stanovlyansk rayonu ərazisində baş verib. Bundan bir qədər əvvəl hava həyəcanı elan olunub.

Xatırladaq ki, səhər saatlarında Ukrayna ərazisindən Tatarıstana dron hücumu olub. Nəticədə 7 nəfər yaralanıb.

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR