Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən milyardlarla avro qazanacaq

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən milyardlarla avro qazanacaq
# 12 aprel 2024 14:17 (UTC +04:00)

“10 il ərzində Rusiyanın dondurulmuş aktivlərindən 40 milyard avroya yaxını Ukraynaya verilə bilər”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinqx “Financial Times” nəşrinə açıqlamasında bildirib.

O qəzetə bildirib ki, ölkəsinin təşəbbüskar olduğu bu məsələ ilə bağlı qərar “G7” ölkələrinin iyunda İtaliyada keçiriləcək sammitində verilə bilər. Bundan əvvəl isə ideyanı “Böyük yeddiliyin” maliyyə nazirləri Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankının rəhbər şəxslərinin birgə toplantısında nəzərdən keçirəcək.

Rusiyanın təkcə Belçikada dondurulmuş aktivlərindən yaxın 20 il ərzində 91 milyard avro əldə olunacaq. Ümumilikdə isə Avrozona ölkələri də daxil olmaqla, ABŞ, Kanada və Yaponiyada dondurulan aktivlərin ümumi məbləği 300 milyard avro təşkil edir.

Xatırladaq ki, bir müddət əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel həmin aktivlərdən əldə olunan gəlirin 90 faizinin Ukraynaya veriləcəyini, 10 faizinin isə adıçəkilən ölkəyə əlavə dəstək məqsədilə Avropa İttifaqının büdcəsinə köçürüləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR