Bank Of Baku

Ukrayna Rusiyanın Leninqrad vilayətinə dron zərbələri endirib, 1 nəfər ölüb

Ukrayna Rusiyanın Leninqrad vilayətinə dron zərbələri endirib, 1 nəfər ölüb
# 09 noyabr 2026 13:12 (UTC +04:00)

Ukrayna Rusiyanın Leninqrad vilayətinə PUA hücumu edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Leninqrad qubernatoru Aleksandr Drozdenko vilayət üzərində 113 dronun vurulduğunu açıqlayıb.

Onun sözlərinə görə, Vsevolojskda çoxmənzilli yaşayış binasının damına dron parçalarının düşməsi nəticəsində bir qadın ölüb.

Bundan başqa, Leninqrad vilayətinin Kirişi sənaye zonasındakı Kinef zavodunda PUA zərbələri qeydə alınıb. PUA hücumu yanğına səbəb olub.

Kirişi şəhərində dron hücumunun stilik avadanlıqlarına zərər verdiyi də bildirilib.

Rusiya Müdafiə Nazirliyi ötən gecə Rusiya regionları üzərində Ukraynanın 680 təyyarə tipli dronunun vurulduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR