“Ümid edirəm ki, Türkiyə tərəfinin dəstəyi ilə Rusiya bu təşəbbüsdə iştirak edəcək və müsbət nəticə əldə edəcəyik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu "CNN Türk"ə müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
O, qeyd edib ki, Kremldən asılı məsələlər də var: "Bu böhranı aradan qaldırmaq istəyirlərsə, hər fürsətdən istifadə etməlidirlər. Biz siyasi və diplomatik üsula sadiqik. Biz bunu davam etdirəcəyik. Sülh müharibədən yaxşıdır. Çözüm gətirəcək hər hansı bir şəhərdə görüşün vacibliyinə inanırıq".