Bank Of Baku

Ukrayna Sevastopolu qanadlı raketlərlə vurub, 2 nəfər ölüb, 24 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Ukrayna Sevastopolu qanadlı raketlərlə vurub, 2 nəfər ölüb, 24 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB
# 13 sentyabr 2023 10:16 (UTC +04:00)

Ukraynanın Sevastopol şəhərində Orconikidze adına Gəmi Təmiri Zavoduna raket zərbələri nəticəsində 2 nəfər ölüb.

APA xəbər verir ki, hücum nəticəsində 24 nəfər yaralanıb.

Ölən və yaralananların zavodun işçiləri olduğu bildirilir.

***

08.27

Ukrayna Silahlı Qüvvələri Sevastopol şəhərini qanalı raketlərdən atəşə tutub.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Zərbələr Orconikidze adına Gəmi Təmiri Zavoduna endirilib.

Rusiyanın Qara Dəniz Donanmasının iki pilotsuz gəmisi də hücuma məruz qalıb.

Hava hücumundan müdafiə sistemləri yeddi qanadlı raketin vurulduğunu açıqlayıb.

Sevastopol şəhərinin meri Mixayıl Razbojayev bildirib ki, 24 nəfər xəsarət alıb.

Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR