Bank Of Baku

Ukrayna Təhlükəsizlik Şurası Donbasda hücum əməliyyatını inkar edib

Aleksey Danilov

© APA | Aleksey Danilov

# 19 fevral 2022 00:33 (UTC +04:00)

"Ukrayna Donetsk və Luqanskda hücum əməliyyatı etməyəcək".

APA "Qazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Ukarayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.

“Bu gün Donetsk və Luqansk vilayətlərinin ərazisindən vətəndaşların təxliyyəsi barədə xəbər yayıldı. Guya bizim hərbçilər Donetsk və Luqansk ərazilərini azad etmək üçün hücuma keçəcəklər. Bütün bunlar tamamilə həqiqətə uyğun deyil”, - deyə Danilov bildirib.

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatı keçirməyəcək, çünki bu, mülki əhalinin kütləvi ölümünə səbəb olacaq.

Bundan əvvəl analoji bəyanatla Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR