Bank Of Baku

Ukrayna və Moldova istisna olmaqla, MDB ölkələrinin liderləri 9 May Paradında iştirak edəcək

Ukrayna və Moldova istisna olmaqla, MDB ölkələrinin liderləri 9 May Paradında iştirak edəcək
# 29 aprel 2025 15:35 (UTC +04:00)

Ukrayna və Moldova istisna olmaqla, bütün MDB ölkələrinin liderləri Qələbə Günü Moskvaya gələcəklər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev bildirib.

"MDB ölkələrinin bütün dövlət başçıları 9 May Paradında iştirak edəcək. İkisi istisna olmaqla...Təəssüf ki, Ukrayna və Moldova iştirak etməyəcək. Doqquz dövlət başçısı iştirak edəcək", - Lebedev mayın 9-da Moskvada keçiriləcək bayram mərasimində Birlik ölkələrinin dövlət və hökumət başçılarından hansının iştirak edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR