Aprelin 4-ü axşam saatlarında Oçakov şəhəri yaxınlığında dəniz bazalı yüksək dəqiqlikli uzaqmənzilli silahlar Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Təlim Mərkəzi məhv edilib. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, məhv edilən təlim mərkəzini Ukrayna tərəfi həm də əcnəbi muzdluları yerləşdirmək üçün istifadə edib.
Konaşenkov havadan buraxılan yüksək dəqiqlikli raketlərlərlə Kremenets, Çerkasi, Zaporojye və Novomoskovsk yaşayış məntəqələrində Ukrayna hərbçilərini təchiz edən dörd yanacaq anbarının məhv edildiyini söyləyib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Çernobayevka, İndustrial və Nijna Krınka yaşayış məntəqələri ərazilərində havada dörd pilotsuz uçuş aparatını vurub.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 125 təyyarə, 91 helikopter, 398 pilotsuz uçuş aparatı, 226 zenit-raket kompleksi, 1969 tank və digər zirehli döyüş texnikası, 214 reaktiv yaylım atəşi sistemi, 852 səhra artilleriya və minaatan, həmçinin 1873 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib", - Rusiya MN sözçüsü qeyd edib.