Ukrayna Təhlükəsizlik Xidməti Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə qarşı ittiham irəli sürüb.
APA RT-yə istinadən xəbər verir ki, o, xüsusi hərbi əməliyyatı dəstəkləməkdə və Kremlin müharibə barədə mövqeyini yaymaqda ittiham olunur.
O, “Ukraynanın ərazi bütövlüyünə qəsd”, “silahlı təcavüzü inkar etmək”, həmçinin, “aqressiv müharibəni planlaşdırmaq və aparmaq” maddələri ilə ittiham olunub.