"Rossiya 24” telekanalının müxbiri Boris Maksudov Ukraynada həlak olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, hadisə noyabrın 22-də Zaporojye vilayətində baş verib. Maksudov Zaporojye vilayətində bir qrup rusiyalı jurnalistin olduğu əraziyə Ukrayna ordusu tərəfindən PUA-nın endirilməsi nəticəsində qəlpə yaraları alıb.
Rusiyalı jurnalist Vladimir Solovyov Maksudovun aldığı xəsarətdən dünyasını dəyişdiyini bildirib.