Ukraynada Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova və onun müavini Nikolay Bulayevə qarşı “Ukraynanın ərazi bütövlüyünə qəsd” ittihamı ilə cinayət işi açılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti məlumat yayıb.
Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib ki, Pamfilova, Bulaev və Rusiya Federasiyası MSK-nın katibi Natalya Budarina Ukrayna istintaq orqanı tərəfindən ötən il Rusiyanın yeni regionlarında referendumların təşkilində və orada yerli seçkilərə hazırlıqda ittiham olunurlar.