Ukraynadakı müharibədə 33 gürcü döyüşçü həlak olub

Ukraynadakı müharibədə 33 gürcü döyüşçü həlak olub
# 05 dekabr 2022 10:29 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsində 33 gürcü döyüşçü həlak olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, son bir neçə gün ərzində 6 gürcü döyüşçünün Ukraynada həlak olduğunu qeyd edib.

“Əlbəttə, bu, ölkəmiz üçün böyük itkidir. Mən həlak olanların ailələrinə, qohumlarına və bütün Gürcüstana başsağlığı verirəm”, - spiker jurnalistlərə açıqlamasında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR