Bank Of Baku

Ukraynanın Belqoroda hücumu nəticəsində 5 nəfər ölüb

Ukraynanın Belqoroda hücumu nəticəsində 5 nəfər ölüb
# 31 avqust 2024 00:31 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Belqorod və Belqorod vilayətinə hücumu nəticəsində ölənlərin sayı 5-ə, xəsarət alanların sayı isə 37-yə çatıb.

APA “TASS”a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib.

“Ölənlərin sayı 5-ə yüksəlib, altısı uşaq olmaqla 37 mülki şəxs yaralanıb”, - Qladkov vurğulayıb.

Qubernatorun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Belqorodu “Vampire MLRS” kaset sursatlarla atəşə tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR