Bank Of Baku

Ukraynanın neft bazasını vurması ilə bağlı Putinə məruzə olunub

Ukraynanın neft bazasını vurması ilə bağlı Putinə məruzə olunub
# 01 aprel 2022 14:15 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinə Belqoroddakı neft anbarındakı yanğınla bağlı məruzə olunub. Regionun yanacaqla fasiləsiz təmin olunması üçün tədbirlər görülür.

APA-nın Moskva müxbiri xəbər verir ki,, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Belqorodda baş verənlər, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmaq kimi qəbul edilə biləcək məsələ deyil.

Kremlin sözçüsü Rusiyanın havada Ukrayna üzərində üstünlüyünün mütləq fakt olduğunu, lakin hüquq-mühafizə orqanlarının bu hadisəyə qiymət verməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukrayna Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirib. Nəticədə neft anbarındakı çənlərdə yanğın baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR