Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın Rusiya Federasiyasının Kursk vilayətinə hücumu nəticəsində bir feldşer və təcili yardım avtomobilinin sürücüsü həlak olub, bir həkim isə yaralanıb.
APA Rusiya mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində ümumilikdə xəsarət alanların sayı 28-dir.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Kursk vilayəti üzərində 4 təyyarə tipli PUA-nı məhv edib.