Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Tatarıstan ərazisi üzərində vurulub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Moskva vaxtı ilə saat 11.20 radələrində Ukraynanln Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.
"Növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan Respublikası ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", deyə MN-nin məlumatında qeyd olunub.