Bank Of Baku

“Vaqner” 2 mindən çox hərbi texnika və silahı Rusiya MN-ə təhvil verib

“Vaqner” 2 mindən çox hərbi texnika və silahı Rusiya MN-ə təhvil verib
# 12 iyul 2023 18:46 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq “Vaqner” qrupundan silah və hərbi texnikanın qəbulunu başa çatdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Vaqner" Özəl Şirkətinin silah və texnikası haqqında yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 2 mindən çox texnika və silah, o cümlədən yüzlərlə tank, "Qrad" reaktiv yaylım atəşi qurğusu, "Uraqan", "Pantsir" hava hücumundan müdafiə sistemi, özüyeriyən artilleriya qurğuları, zirehli personal daşıyıcıları və s. “Vaqner” tərəfindən MN-ə təhvil verilib.

"Həmçinin iki yarım min tondan çox müxtəlif döyüş sursatları və 20 minə yaxın atıcı silah da təhvil alınıb. Bütün texnika və silahlar Rusiya Federasiyası Silahlı Qüvvələrinin təmir-bərpa bölmələrinin texniki qulluq və istifadəyə hazırlığını həyata keçirdikləri arxa cəbhə rayonlarına çatdırılır", deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR