Bank Of Baku

“Vaqner”in rəhbəri Priqojin Rostovda Rusiya müdafiə nazirinin müavini Yevkurovla görüşüb - VİDEO

“Vaqner”in rəhbəri Priqojin Rostovda Rusiya müdafiə nazirinin müavini Yevkurovla görüşüb - VİDEO
# 24 iyun 2023 09:41 (UTC +04:00)

“Vaqner” rəhbəri Yevgeni Priqojin Cənub Hərbi Dairəsinin qərargahında müdafiə nazirinin müavini Yunus Bek Yevkurov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevlə görüşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, görüşdən video Priqojinlə əlaqəli teleqram kanalları, eləcə də RT tərəfindən yayımlanıb.

Priqojin bildirib ki, Baş Qərargah rəisi Gerasimov və müdafiə naziri Sergey Şoyqla görüş tələb edir, əks halda, “Vaqner” Rostovu blokadaya alacaq və Moskvaya gedəcək.

Daha sonra Priqojinin mətbuat xidməti başqa bir videomüraciət dərc edib və o, onun döyüşçülərinin Rostov-na-Donudakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarəti ələ keçirdiklərini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR