İstanbul Rusiya ilə ABŞ arasında təmaslar üçün əlverişli platformadır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
"Bu cür təmaslar ayrıca yolla həyata keçirilir. İstanbul bu cür təmaslar üçün əlverişli platformadır. Deyə bilərəm ki, istənilən təmas faydalıdır, amma təəssüf ki, biz Amerika tərəfinin konkret nəticələrə yönəlmiş konstruktiv yanaşmasını görmürük.”, - deyə Verşinin İstanbulda ABŞ-la danışıqların yekunlarına dair açıqlamasında qeyd edib.