Ermənistanda “Vətən naminə Tavuş" hərəkatının 2 iştirakçısı saxlanılıb - YENİLƏNİB

Ermənistanda “Vətən naminə Tavuş" hərəkatının 2 iştirakçısı saxlanılıb - YENİLƏNİB
# 09 may 2024 13:18 (UTC +04:00)

Mayın 7-də "TikTok"da “Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının arasında söhbətini əks etdirən videoyazı yayılıb.

APA xəbər verir ki, yayılan videoyazıda silahlı müqavimətə çağırış yer alıb.

Nəticədə mayın 7-də Ermənistan Respublikası İstintaq Komitəsinin Kotay Regional İstintaq İdarəsində cinayət işi açılıb. Məlumata görə, bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah-sursat əldə edilərək saxlanılması barədə məlumat daxil olub. Məsələ ilə bağlı şübhəli bilinən iki nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR