Bank Of Baku

Vətəndaşın üzünə tüpürən Ermənistan parlamentinin spikeri üzr istəyib

Alen Simonyan

© APA | Alen Simonyan

# 06 aprel 2023 16:59 (UTC +04:00)

"Mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəyirəm".

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan sosial şəbəkə hesabında yazıb.

Spiker son dövrdə baş verənləri özü üçün dərs adlandırıb. O, ölkənin siyasi müxalifət cəbhəsinin öz ritorikasına yenidən nəzər salmalı, şəxsi təhqirlər səsləndirmək taktikasına son qoymalı olduğunu, sivil müzakirələrə qayıtmağın vacibliyini qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan Simonyanı İrəvanın mərkəzindəki “Kaskad” kompleksinin yaxınlığında görərək, onu hər kəsin qarşısında satqın adlandırmışdı.

Spikerin mühafizəçisi buna cavab olaraq, Mkrtçyanın qollarını burub və Simonyan həmin şəxsin üzünə tüpürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR