ABŞ-ın Visa şirkəti Rusiyada fəaliyyətini dayandırmağı planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə şirkətin yaydığı press-relizdə bildirilib.
Qeyd olunur ki, Visa Rusiyadakı müştərilərinin bütün transaksiyalarını başa çatdırmağa çalışır. Proses başa çatdıqdan sonra Rusiya Federasiyasında verilmiş bank kartları ölkədən kənarda işləməyəcək.