Bank Of Baku

Vladimir Putin Nikol Paşinyanla telefon danışığı aparıb

Vladimir Putin Nikol Paşinyanla telefon danışığı aparıb
# 01 aprel 2022 20:27 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, danışıq zamanı Qarabağda sabitliyin qorunub-saxlanması məsələləri üzrə fikir mübadiləsi davam etdirilib.

Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarına ciddi əməl olunmasının zəruriliyi təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR