"Vnukovo" hava limanı ştat rejimində işləyir, məhdudiyyətlər aradan qaldırılıb.
APA xəbər verir ki, bu barədə TASS-a aeroportun mətbuat xidmətindən bildirilib.
***
11:34
Rusiyanın paytaxtı Moskvada “Vnukovo” hava limanı üzərində hava məkanı bağlanıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hava limanında uçuşlar təxirə salınıb və buna səbəb kimi Ukrayna ordusunun hava limanı istiqamətində pilotsuz uçuş aparatları göndərməsi göstərilib.