Baltikyanı ölkələr öz müstəqilliklərini itiriblər.
APA xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin şəxsi “Telegram” kanalında yazıb.
Spiker əlavə edib ki, Rusiya ilə Estoniya və Latviya arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması qərarı çoxdan qəbul edilməli idi.