Bank Of Baku

Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb

Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
# 23 iyul 2026 10:13 (UTC +04:00)

Ukraynanın Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 3 yaşlı uşaq ölüb.

APA xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat yayıb.

Onun sözlərinə görə, hadisə zamanı uşağın valideynləri müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Hücum nəticəsində daha bir nəfər – 19 yaşlı gənc yüngül xəsarət alıb.

Qubernator bildirib ki, hücum zamanı marketpleyslərdən birinə məxsus anbarın dam örtüyü, digər oxşar binanın isə fasadı zədələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR