Bank Of Baku

Yaponiyaya məxsus təyyarə Xabarovsk hava limanına məcburi eniş edib

Yaponiyaya məxsus təyyarə Xabarovsk hava limanına məcburi eniş edib
# 27 sentyabr 2019 03:58 (UTC +04:00)

 


Dünən Moskva vaxtı ilə saat 12.23-də Vyanadan Tokioya uçan sərnişin təyyarəsi təcili olaraq Xabarovsk hava limanına məcburi eniş edib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, Yaponiyanın “ANA” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin göyərtəsində 206 nəfər - 194 sərnişin, 12 ekipaj üzvü olub. 

Pilotlar təyyarənin sol mühərrikdə yağ təzyiqinin aşağı düşdüyünü qeyd ediblər. 

Dərhal təcili yardım briqadaları hava limanına cəlb edilib. Lakin eniş uğurlu olduğundan sərnişinlərin heç birinin tibbi yardıma ehtiyacı olmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR