Rusiyanın Xabarovsk diyarının keçmiş qubernatoru Sergey Furqalın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, prosesdə hökm oxunub.
Hökmə əsasən, Xabarovsk diyarının keçmiş qubernatoru 22 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçmiş qubernator iki qətl və bir sui-qəsd cəhdin təşkilində təqsirli bilinib. İstintaqın məlumatına görə, Furqal şərikləri ilə birlikdə 2004-2005-ci illərdə biznesmen Aleksandr Smolskiyə sui-qəsd, sahibkarlar Yevgeni Zori və Oleq Bulatovun isə qətlini təşkil edib.