Xaricdə yaşayan belaruslar artıq pasport ala bilməyəcək və ya mövcud pasportu dəyişdirə bilməyəcəklər.
APA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, belə bir sərəncam Belarus prezidentinin saytında yer alıb.
Belarus diplomatik nümayəndəlikləri xaricdə daimi yaşayan belaruslara bundan sonra pasport verməyəcək. Pasportu dəyişdirmək və ya etibarlılıq müddətini uzatmaq da mümkün olmayacaq.